RU

İsrail Livanın şərqinə hava zərbəsi endirib (FOTO)

İsrail ordusu Livanın şərqində hava əməliyyatı keçirib.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, Livanın şərqində yerləşən Beqa vadisində yerləşən Nəsiriyə qəsəbəsində fəaliyyət göstərən terrorçuya hədəflənmiş aviazərbə endirilib.

Əməliyyatın İsrailin xüsusi xidmət orqanı olan Şin Betlə birgə həyata keçirildiyi bildirilir.

IDF hədəfə alınan terrorçunun hansı qruplaşmanın üzvü olduğunu və digər təfərrüatları açıqlamayıb.

Livan mediası isə İsrailin zərbəsinin Livan Suriya sərhədi yaxınlığında (İsraildən təqribən 140 kilometr aralıda) bir avtomobilə tuş gəldiyini yazır.

İsrail
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
1
olaylar.az

2Источники