Rusiyalı fiqurlu konkisürən Kamila Valiyevanın diskvalifikasiya müddəti başa çatıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı Valiyeva rəsmi yarışlarda iştirak etmək hüququ qazanıb.
O, 2024-cü ilin yanvar ayında diskvalifikasiya edib. İdman Arbitraj Məhkəməsi (CAS) fiqurlu konkisürən idmançını nümunəsində qadağan olunmuş trimetazidinin aşkarlanması səbəbindən antidopinq qaydalarını pozmaqda günahkar bilib. CAS onu 25 dekabr 2021-ci ildən başlayaraq dörd il müddətinə diskvalifikasiya edib və həmin tarixdən olan nəticələri ləğv olunub.
Valiyevanın diskvalifikasiyası səbəbindən rusiyalı fiqurlu konkisürənlər 2022-ci il Olimpiya komanda yarışındakı qızıl medallarından məhrum edildilər.