RU

Azərbaycanda manatla pul kütləsinin dekabrın 1-nə olan həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin(M3 aqreqatı) həcmi 48,662 milyard manat təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,970 milyard manat və ya8,9% çoxdur.

Bundan başqa, 2025-ci ilin dekabrın 1-nə manatla pul kütləsinin(M2 aqreqatı) həcmi 37,596 milyard manat təşkil edib ki, bu da2024-cü ilin eyni dövrünə nisbətdə 2,957 milyard manat və ya 8,5%çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,483milyard manata bərabər olub. Bu, 2024-cü ilin eyni dövrü iləmüqayisədə 1,778 milyard manat və ya 6,4% çoxdur.

Eyni zamanda, bu ilin dekabrın 1-nə banklardan kənarda olan nağdpul kütləsi (M0 aqreqatı) 17,234 milyard manat təşkil edib ki, buda ötən ilin eyni dövrünə nisbətdə 1,6 milyard manat və ya 10%çoxdur.

Məqalədə:
Избранный
21
2
az.trend.az

3Источники