RU

Çövkən üzrə Prezident Kubokunun mükafatçıları bilindi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə XII Prezident Kuboku başa çatıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

6 komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilmiş, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparmışlar.

Finalda "Elit" komandası "Polad"ı 3:2 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə isə "Sərhədçi" "Embawood"dan üstün olub - 2:1.

Mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilibl'r. "Elit" komandasına həmçinin Prezident Kuboku təqdim olunub.

Избранный
47
3
fanat.az

4Источники