RU

“Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdırlar" - Səfir

Yazını böyüt
Yazını kiçilt

“Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdırlar. Çinin “15-ci Beşillik Plan”ın konsepsiyaları və hədəfləri Azərbaycan Respublikasının Sosial-iqtisadi İnkişaf Strategiyası ilə böyük ölçüdə uyğun gəlir”.

Hafta.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ilə baxdıqda demək olar ki, Çin-Azərbaycan münasibətləri səmərəli nəticələr əldə edib:

“2026-cı ildə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlərə və böyük potensiala malik olacaq. Yeni ildə Çin Azərbaycanla əməkdaşlığı davam etdirməyə, dövlət başçıları tərəfindən əldə olunan mühüm razılaşmaları həyata keçirməyə, “Kəmər və Yol” təşəbbüsünü birgə qurmağa, inkişaf strategiyalarının uyğunlaşdırılmasını gücləndirməyə, modernləşmə imkanları yaratmağa, hər iki ölkə xalqının rifahını artırmağa və bütün bəşəriyyət üçün ortaq taleyə malik cəmiyyət istiqamətində birgə irəliləməyə hazırdır”.

Vüsal Tağıbəyli

Избранный
31
hafta.az

1Источники