RU

Çövkən üzrə Prezident Kuboku başa çatıb: Mükafatçılar müəyyənləşib - VİDEO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə XII Prezident Kuboku başa çatıb.

"Cebheinfo.az" ARAF-a istinadən xəbər verir ki, finalda "Elit" komandası "Polad"ı 3:2 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə isə "Sərhədçi" "Embawood"dan üstün olub - 2:1.

Mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilibl'r. "Elit" komandasına həmçinin Prezident Kuboku təqdim olunub.

"Cebheinfo.az"

Избранный
22
3
cebheinfo.az

4Источники