BAKI, 25 dekabr. TELEQRAF
Ermənistan-Türkiyə münasibətlərində konkret addımların atılmasının vaxtı çatıb.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Türkiyəyə gəldikdə, ikitərəfli dialoq səviyyəsində artıq bəzi simvolik və qeyri-simvolik konkret addımların atılmasının vaxtının gəldiyini düşünürəm. Ümid edirəm ki, onlar atılacaq”, -o qeyd edib.