Bakı. Trend:
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovvə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov “AzərbaycanHava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişintəyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzayauğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığıveriblər.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həminfaciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanınhökumətinə və xalqına təşəkkürünü bildirib.
Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailəüzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqınabaşsağlıqlarını ifadə ediblər.