RU

"Brununu əvəzləmək mümkün deyil" - MY-nin baş məşqçisi

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 17-ci turunda "Aston Villa" ilə oyunda zədələnən yarımmüdafiəçi Brunu Fernandeşin sıradan çıxmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Brununu əvəzləmək mümkün deyil. Amma düşünürəm ki, mövcud vəziyyətdən də faydalanmağa çalışmalıyıq. Heyətdəki futbolçular özlərini yaxşıtərəfdən göstərməlidirlər. Fernandeş yalnız qol vəziyyətləri yaratması ilə yox, oyunu təşkil etməsi ilə fərqlənir. Dediyim budur ki, digər oyunçularımız bizim yalnız bur futbolçudan asılı olmadığımızı anlamalıdırlar". 

Nihat

Избранный
19
1
fanat.az

2Источники