RU

Putin Buşla məxfi söhbətdə İranın nüvə silahı niyyətindən danışıb

ABŞ Milli Təhlükəsizlik Arxivinin açıqladığı yeni sənədlər göstərir ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin keçmiş ABŞ Prezidenti Corc Buşla apardığı məxfi görüş zamanı İranın nüvə silahı əldə etmək niyyətinə dair ciddi narahatlıqlarını ifadə edib.

Vətəninfo.az xəbər verir ki, sənədlərə əsasən, Sloveniya şəhərində keçirilən görüşdə Putin Buşa bildirib ki, iranlı mütəxəssislər nüvə proqramı ilə bağlı həssas mövzular üzrə çoxsaylı suallar verirlər və bu, Tehranın nüvə silahı əldə etməyə çalışdığını açıq şəkildə göstərir. Rusiya prezidenti qeyd edib ki, bu səbəbdən o, rusiyalı mütəxəssislərə İrana hər hansı həssas məlumat ötürməməyi tapşırıb.

Putin söhbət zamanı Rusiyanın İrana raket texnologiyalarının verilməsini də məhdudlaşdıracağını vurğulayıb. Eyni zamanda, bəzi şəxslərin Tehranla həssas sahələrdə əməkdaşlıqdan maddi qazanc əldə etməyə cəhd göstərməsi barədə xəbərdarlıq edib.

Görüş zamanı Rusiya prezidenti ABŞ tərəfinin İranla münasibətlərin normallaşdırılması istiqamətində hər hansı irəliləyiş əldə edib-etmədiyi ilə də maraqlanıb.

Açıqlanan sənədlər Moskva və Vaşinqton arasında 2000-ci illərin əvvəlində İranın nüvə proqramı ilə bağlı aparılan gizli müzakirələrə yeni işıq salır.

Избранный
36
veteninfo.az

1Источники