Ajans.az xəbər verir ki,bu barədə Kambocanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, evlərini tərk edənlərin əksəriyyəti qadın və uşaqlardır; ümumilikdə 636 600 nəfər, o cümlədən 534 300-dən çox qadın və uşaq, sərhəd bölgəsini tərk edib. Müdafiə Nazirliyinin məlumatına görə, qarşıdurmalar nəticəsində 31 mülki şəxs həlak olub, ən azı 87 nəfər yaralanıb. Dekabr ayı ərzində sərhəd vəziyyətinin gərginləşməsi səbəbindən 125 yaşayış binası, bir neçə dini məkan və yol infrastrukturu zədələnib. Kamboca-Tayland sərhədində kiçik silahlarla qarşıdurmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tayland quru qüvvələri Kamboca qoşunlarının sərhəd bölgəsindəki mövqelərini atəşə tutduğunu bildiriblər. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi obyektlərinə hücum edib.