Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.
Turkustan.az xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov bildirib.
Onun sözlərinə görə, ailəsi 1988-ci il təvəllüdlü Bayramov Xanlar Bayram oğlundan may ayının 3-dən bəri heç bir məlumat ala bilmir.
O, Rusiya Silahlı Qüvvələrinin 91701 nömrəli hərbi hissəsində, 2-ci tabor, 6-cı bölük, 4-cü tağımda xidmət edib.
X.Bayramov Gürcüstanın Bolnisi rayonu, Darvaz kəndində anadan olub.
Rusiya vətəndaşıdır.
Luqansk vilayəti, Novomixaylovka istiqamətində itkin düşüb. (yeni sabah)
