RU

Paşinyan Putinlə söhbətinin təfərrüatlarını açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putinlə ölkəsini Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının bərpası məsələsini müzakirə etdiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, o bu barədə brifinq zamanı məlumat verib.

Paşinyan bildirib ki, Putinlə söhbətinin əsas mövzularından biri Cənubi Qafqaz Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyində olan dəmir yolu hissələrinin bərpası olub. Bu, xüsusilə İcevan, Yerasx və Axurik xətlərinə aiddir. Onlar Ermənistanı Türkiyə, Azərbaycan və Naxçıvan anklavı ilə birləşdirir.

Xatırladaq ki, Paşinyan və Putin arasında Sankt Peterburqda görüş dekabrın 22-də baş tutub.

Daşqın HəsənovMissiya.Az

Избранный
69
missiya.az

1Источники