RU

2031–2035-ci illərdə rəsmi statistikanın inkişafına dair dövlət proqramının layihəsi hazırlanacaq

2031–2035-ci illərdə rəsmi statistikanın inkişafına dair dövlət proqramının layihəsi hazırlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Qeyd edilib ki, Dövlət Statistika Komitəsi 2029–2030-cu illərdə milli statistika sisteminin qlobal qiymətləndirilməsinin nəticələri və rəsmi statistika məlumatlarından istifadə üzrə məmnunluq sorğusunun nəticələri də nəzərə alınmaqla, dövlət proqramının ilkin layihəsinin hazırlanmasını, dövlət proqramı layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməsini və sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinə uyğun informasiya təminatının təkmilləşdirilməsi məqsədilə milli statistika sisteminin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsini təmin etməlidir.

Избранный
34
6
operativmm.az

7Источники