RU

Türk İnvestisiya Fondu kapitalını artırmağı planlaşdırır (ÖZƏL)

Bakı. Trend:

Türk İnvestisiya Fondu qarşıdakı beş il ərzində kapitalınıartırmağı planlaşdırır.

Bunu Türk İnvestisiya Fondunun baş direktoru Ramil BabayevTrend-ə verdiyi özəlmüsahibədə bildirib.

O qeyd edib ki, hazırda fondun nizamnamə kapitalı 600 milyon ABŞdolları təşkil edir.

“Qarşıdakı beş il ərzində dayanıqlı layihə portfeliformalaşdırıldıqdan sonra kapitalımızı pay iştirakının artırılmasıvə beynəlxalq maliyyə bazarlarına çıxış hesabına genişləndirməyiplanlaşdırırıq. Resurslarımızın möhkəmlənməsi bizə daha iristrateji layihələrin birgə maliyyələşdirilməsinə və investorlarıncəlb edilməsi üçün yeni imkanların yaradılmasına şərait yaradacaq.Kapitalımızın gözlənilən artımı ilə kreditləşmə və investisiyaimkanlarımız əhəmiyyətli dərəcədə genişlənəcək”, – deyə obildirib.

R. Babayev əlavə edib ki, qarşıdakı on il ərzində fond türkdilliregionda transsərhəd ticarətin artacağını, investisiya həcmləriningenişlənəcəyini və əlaqəliliyin yaxşılaşacağını gözləyir. O,həmçinin vurğulayıb ki, fond bu proseslərdə beynəlxalq tərəfdaşlarısəfərbər etməklə, daha iri layihələri maliyyələşdirməklə və üzvdövlətlərin qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə dəstəkverməklə fəal iştirak edəcək.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədəqərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT)9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan,Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadifəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadiinkişafına töhfə verməkdir.

Избранный
113
1
az.trend.az

2Источники