RU

Ağırtonnajlı maşınların hərəkətinə şəhər daxilində qoyulan məhdudiyyət qəza riskini azaldır ŞƏRH

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Şəhər daxilində ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyətlər yol-nəqliyyat hadisələri riskinin azalmasına real təsir göstərir.

Nəqliyyat eksperti Aslan Əsədov AZƏRTAC-a açıqlamasında bildirib ki, ağırtonnajlı maşınlar ölçü və çəkilərinə görə şəhər mühitində əlavə təhlükə yaradır. Xüsusilə dar küçələrdə, piyada və minik avtomobillərinin çox olduğu ərazilərdə risk daha da artır.

Ekspert bildirir ki, bu cür nəqliyyat vasitələrinin şəhər mərkəzinə girişinin vaxt üzrə tənzimlənməsi qəzaların sayının azalmasına kömək edir. Eyni zamanda, yol infrastrukturuna düşən yük azalır və hərəkət daha təhlükəsiz olur.

Aslan Əsədovun sözlərinə görə, məhdudiyyətlər zamanı həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi təmin olunur və şəhər nəqliyyatında ümumi risk səviyyəsi aşağı düşür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
2
azertag.az

3Источники