RU

Ramil Əliyev : Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"2025-ci il vətəndaş cəmiyyəti üçün bir qədər ziddiyyətli, lakin formalaşdırıcı bir il oldu".Bu sözləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu il vətəndaş cəmiyyətinin daha geniş formatda görüşləri keçirildi, QHT-lər üçün daha geniş imkanlar yaradıldı. Bunu xüsusilə son aylarda təşkil olunan tədbirlərdə aydın şəkildə görmək olar:"İstər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xarici səfərlər çərçivəsində keçirdiyi görüşlər, istərsə də 2025-ci ilin may ayında Agentliyin icraçı direktorunun Nyu-Yorkda təşkil etdiyi uğurlu görüşlər buna nümunədir. Bundan başqa, 2025-ci ildə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının toplantıları Bakı və Naxçıvan şəhərlərində keçirildi və Türk Dövlətləri Təşkilatının QHT Platforması yaradıldı. Bu hadisə 2025-ci ilin ən böyük uğurlarından biri hesab olunur. Necə ki, 2024-cü ildə vətəndaş cəmiyyətinin Azərbaycanda ilk dəfə keçirilən COP29-da uğurlu iştirakı həmin ilin ən mühüm nailiyyətlərindən biri sayılırdısa, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Forumunun Azərbaycanda keçirilməsi və platformanın yaradılması da eyni dərəcədə böyük uğur idi".QHT sədri hesab edir ki, ildən-ilə yeniləşən vətəndaş cəmiyyətinin formalaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, yeni layihələrin həyata keçirilməsi, eləcə də 2025-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinə verilən yüksək qiymət bu sahədə şəffaflığın və dinamikanın artmasına gətirib çıxaracaqdır:"Təbii ki, nöqsanlar və müəyyən çətinliklər mövcuddur. Lakin bunlara baxmayaraq, dövlətimizin vətəndaş cəmiyyətinə göstərdiyi qayğı, açdığı imkanlar gələcəkdə daha şəffaf fəaliyyət göstərməyə və ölkəmiz naminə yeni uğurlara imza atmağa zəmin yaradır. Artıq vətəndaş cəmiyyətimizin nümayəndələri beynəlxalq təşkilatlarda və beynəlxalq arenalarda fəal iştirak edirlər. 2025-ci ilin may ayında 28 May – Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan yüzə yaxın soydaşımızın iştirakı ilə möhtəşəm tədbir keçirdik. Hesab edirəm ki, bu cür tədbirlər nə qədər çox təşkil olunsa, ölkə xaricində fəaliyyətimiz nə qədər genişlənsə, Azərbaycanın uğurları da bir o qədər artacaq və gələcək inkişafına mühüm töhfələr verəcəkdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
demokrat.az

2Источники