RU

Baş Prokurorluq mediada cinayət işinin guya yoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlama yayıb

Bakı.Trend:

Bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlubarəsində istintaq aparılmış cinayət işinin guya 13 il əvvəltamamlanaraq baxılması məhkəməyə göndərilməsi və sonradan həminişin yoxa çıxması barədə məlumatlar yayılıb.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun mediada cinayət işinin guyayoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlamasındabildirilib.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağırcinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CinayətMəcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilmiş cinayət işiüzrə Zaidov Cabir Həsən oğlu Cinayət Məcəlləsinin 320.1 və 320.2-cimaddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həminmaddələr üzrə yekun ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiqedilərək baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinəgöndərilib.

Məhkəmə baxışı zamanı təqsirləndirilən Cabir Zaidovun təqsirisübuta yetirilsə də, ittiham edildiyi maddələr üzrə cinayətməsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, məhkəmənin 10 sentyabr2012-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitamverilib və o, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsəistinad edilən əməllər Cinayət Məcəlləsinin böyük ictimai təhlükətörətməyən cinayətlər kateqoriyasına aid maddələrinə tövsifedildiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq işbaxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Bu baxımdan, cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlımüvafiq məktubda qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsi ifadəsitexniki səhvdir.

Məqalədə:
Избранный
39
40
az.trend.az

10Источники