RU

Rusiya Milad gecəsi Ukraynanın enerji sektorunu vurub

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya 25 dekabr gecəsi Ukraynanın enerji sektoruna yenidən hücum edib. Hücum nəticəsində dörd bölgə qismən elektriksiz qalıb.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin rəsmisi Sergey Suyarko bildirib.

Onun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində Çerniqov, Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindəki istehlakçılar elektriksiz qalıblar.

Bildirilir ki, enerji şirkətləri enerji təchizatını bərpa etmək üçün əllərindən gələni edirlər.

Energetika Nazirliyi qeyd edib ki, əvvəlki Rusiya atəşlərinin nəticələrinə görə Odessa bölgəsindəki istehlakçılar da elektrik enerjisiz qalıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
reyting.az

1Источники