Ajans.az xəbər verir ki,bu barədə Puşkin Teatrının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, aktrisa aktyor Anatoli Lobotskinin dəfn mərasimi zamanı Moskvanın Mayakovski Teatrında səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişib. Dəfn mərasiminin tarixi və yeri daha sonra açıqlanacaq. Puşkin Teatrının saytında dərc olunan nekroloqda deyilir: “Böyük faciə baş verib. Vera Valentinovna Alentova vəfat edib. O, 60 il ərzində Puşkin Teatrında çalışıb. Kədərimiz ölçüyəgəlməzdir.”