RU

Rus vətəndaşlığı alan ukraynalı çempion CƏZALANDIRILDI

Zelenski rus vətəndaşlığı alan Avropa çempionunu təqaüddən məhrum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Sofiya Lıskun və məşqçisi Ukrayna Prezidentinin təqaüdündən məhrum olub, digər idmançılar da cəzalandırılıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski rus vətəndaşlığı qəbul edən suya tullanma üzrə Avropa çempionu Sofiya Lıskunu təqaüddən məhrum edib.

Onunla birlikdə məşqçisi Aleksandra Sendzyuk da təqaüddən kənarlaşdırılıb. Hər ikisinə Ukrayna Prezidentinin təqaüdləri bu ilin aprel ayında təyin olunmuşdu.

Noyabr ayında idmançının işğal olunmuş Luqansk ərazisinə getdiyi və Ukrayna vətəndaşlığını Rusiya vətəndaşlığı ilə əvəz etdiyi məlum olmuşdu. O, daha sonra Moskvadan foto paylaşmışdı.

Lıskun öz addımlarını belə izah etmişdi: ona hansı ölkəni təmsil etməsinin fərqi yoxdur, Ukraynada isə guya “inkişafı ləngidilirmiş”.

O, milli yığma komandanın tərkibindən çıxarılıb və Ukraynanı təmsil edərkən qazandığı bütün mükafat və adlardan məhrum edilib.

Lıskun və məşqçisindən başqa, Zelenski daha üç idmançıya – Yelena Vyazovaya və Lyudmila Filatovaya (yüngül atletika), habelə voleybolçu Olqa Şkurnovaya edilən ödənişləri də dayandırıb.

Daha əvvəl prezident Bubka, Kloçkova və digər altı olimpiya mükafatçısını da dövlət təqaüdlərindən məhrum etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
41
interpress.az

1Источники