RU

"Şuşa və Xankəndidə keçirilən tədbirlər Qarabağı ictimai fikir mərkəzinə çevirdi" - QHT sədri

"2025-ci il qeyri-hökumət təşkilatları üçün digər bir sira sahələrlə bərabər işğaldan azad olmuş ərazilərdə görülən işlərlə bağlı fəaliyyətlərin sistemli şəkildə genişləndirilməsi ilə yadda qaldı. İl boyu qeyri-hökumət təşkilatlarının böyük hissəsi öz layihə və təşəbbüslərini məhz Qarabağ bölgəsinə yönəltdi, bu isə vətəndaş cəmiyyətinin proseslərə məsafədən deyil, yerində və iştirakçı formada qoşulduğunu göstərdi".

QHT.az xəbər verir ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev bildirib. Onun sözlərinə görə, Şuşa şəhərinin bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi və bu tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı Qarabağın təkcə bərpa məkanı deyil, eyni zamanda ictimai fikir və dialoq platformasına çevrildiyini nümayiş etdirdi:

"Bu çərçivədə türk xalqlarının vətəndaş cəmiyyəti nümayəndələri ilə qurulan əlaqələr regional əməkdaşlığın yeni müstəvisini formalaşdırdı. İl həm də vətəndaş cəmiyyətinin institusional imkanlarının gücləndirilməsi, təşkilati dayanıqlığın artırılması və peşəkarlaşma istiqamətində atılan konkret addımlarla yadda qaldı. Xankəndi şəhərində keçirilən möhtəşəm Vətəndaş Cəmiyyəti Forumu isə yenidənqurma proseslərinin real mənzərəsini beynəlxalq ictimaiyyətə birbaşa çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıdı".

Избранный
16
qht.az

1Источники