RU

YAP Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində yekun tədbir keçirilib

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ildönümü ilə əlaqədar olaraq əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Konstitusiya və Suverenlik İli” və onun əhəmiyyətidən söz açıb. Qeyd edilib ki, Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nin elan olunması milli dövlətçilik tariximizin mahiyyətinə, hüquqi əsaslarına və suveren inkişaf yoluna dərin ideoloji baxışın təzahürüdür.

Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Beləliklə, məhz Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycan dövlətçiliyinin konstitusion təməli qoyuldu və ölkədə sabitliklə inkişaf vəhdət təşkil etdi. Ulu Öndər Heydər Əliyevin siyasi irsi güclü dövlət, güclü iqtisadiyyat, milli maraqların qorunması və xalq–iqtidar birliyinə əsaslanan idarəçilik fəlsəfəsi ilə formalaşdı. Bu möhkəm təməl üzərində Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycanın suverenliyini tam və dönməz şəkildə təmin edən yeni tarixi mərhələyə imza atdı. Dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan regionun güclü və söz sahibi olan dövlətinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərlər Konstitusiyanın və milli suverenliyin real gücə çevrildiyini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər hərbi nailiyyətdən əlavə eyni zamanda siyasi iradənin, milli birliyin və ideoloji qətiyyətin parlaq nəticəsi oldu. Yeni Azərbaycan Partiyasının Sədri kimi Prezident İlham Əliyev ölkənin siyasi sistemində sabitliyi, islahatları və davamlı inkişaf xəttini uğurla təmin etdi. Əldə olunan uğurlar Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütmək qabiliyyətinin möhkəmləndiyini göstərdi. Bu prosesin məntiqi davamı olaraq Böyük Qayıdış proqramı dövlətin öz torpaqlarına, vətəndaşına diqqət və qayğı ilə yanaşmasının ali nümunəsinə çevrildi. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri suverenliyin praktik və dayanıqlı xarakterini bir daha dünyaya sübut edir.

Bu tarixi prosesdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar, sosial və mədəni layihələr Böyük Qayıdışın insan mərkəzli və milli-mənəvi dəyərlərə əsaslanan mahiyyətini gücləndirir. Heydər Əliyev Fondunun fəaliyyəti milli-mənəvi irsin qorunması ilə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Nəticə etibarilə “Konstitusiya və Suverenlik İli” güclü liderlik, sarsılmaz dövlətçilik ənənələri və qalib xalqın ideoloji birliyini ifadə edən tarixi və strateji mərhələ kimi yadda qalır. Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Çıxışına davam edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 2025-ci ilin yanvar ayında keçirilən Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasından olan namizədin qələbə qazanmasını qeyd edib, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlər, təşkilatın və ərazi partiya təşkilatlarının fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. 2026-cı il üçün nəzərdə tutulmuş tədbirlər planı haqqında tədbir iştirakçılarına məlumat verilib. Çıxışının sonunda Bəxtiyar Nəbiyev tədbir iştirkaçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təbrik edib.

Tədbir qarışılıqlı müzakirə şəklində davam edib, təkliflər dinlənilib.

Sonra Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
sesqazeti.az

1Источники