RU

2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi böyük əhəmiyyətə malik hadisədir



"2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi böyük əhəmiyyətə malik hadisədir".

Bunu Newscenter.az-a deyən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki,Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən və sərhədlərini bərpa etdikdən sonra ölkənin qarşısında dayanan ən böyük problemlərdən biri aradan qalxıb:

"İndi Azərbaycan özünün daha önəmli hədəflərinə doğru irəliləyir. Bu hədəflərin sırasında da Ermənistan işğalı dövründə erməni vandalizminə məruz qalaraq dağıdılmış şəhərlərin, qəsəbə və kəndlərin yenidən bərpası indi Azərbaycanın əsas hədəfləri sırasına daxildir. Azərbaycan dövləti də öz növbəsində həmin ərazilərdə yeni şəhərlər salır, kəndlər, qəsəbələr inşa edir. Bu proses Azərbaycan üçün olduqca böyük əhəmiyyət daşıyır. Çünki həmin ərazilərdən məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına qayıtmaq imkanları qazanırlar. Bu proses inkişaf etdikcə həmin bölgələrdə yeni müəssisələr və iş yerləri açılır ki, bu da Azərbaycanın dövlət büdcəsinə gəlirlərin artması, ölkə iqtisadiyyatının daha da inkişaf etməsi deməkdir".

Elçin Xalidbəyli hesab edir ki, hazırda cərəyan edən proseslər və Böyük Qayıdış Proqramının yeni mərhələyə keçid etməsi Azərbaycanın taleyində yeni üfüqlərin açılmasına imkan yaradacaq. Həmçinin. Azərbaycan iqtisadiyyatının, Azərbaycan dövlətinin inkişaf perspektivlərinin daha ön plana keçməsi baxımından böyük əhəmiyyət daşıyır".

Süleyman
Избранный
65
newscenter.az

1Источники