RU

Tacikistan–Əfqanıstan sərhədində silahlı insident - 5 nəfər ölüb

Tacikistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, nəticədə iki Tacikistan sərhədçisi də daxil olmaqla beş nəfər həlak olub.

Missiya.Az xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Bildirilib ki, Əfqanıstandan “terror təşkilatının üç üzvü” dövlət sərhədini qanunsuz keçib və sərhədçilərə hücum planlaşdırıb.

Keçirilən əməliyyat zamanı hər üç silahlı şəxs zərərsizləşdirilib. Hadisə yerindən müxtəlif silah-sursat və hərbi texnika müsadirə olunub.

Məlumata görə, bu, son bir ayda Əfqanıstan istiqamətindən qeydə alınan üçüncü silahlı insidentdir. Tacikistan tərəfi baş verənlərə görə Taliban hökumətini sərhəd təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
40
missiya.az

1Источники