Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün simvolik addımlar atmaq istəyini alqışlayıb.
O, bu istiqamətdə konkret tədbirlərin görülməsinin vacibliyini bildirib: “İkitərəfli dialoqumuzda simvolik, hətta simvolik deyil, konkret addımların atılması üçün vaxt artıq yetişib. Ümid edirəm ki, bu addımlar atılacaq”, – deyə Nikol Paşinyan brifinqdə bildirib.
Qeyd edək ki, dekabr ayında Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ermənistanla münasibətlərin normallaşması istiqamətində tədricən irəlilədiyini bildirib. O, bunu Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq barədə razılığa gəlməsi ilə əlaqələndirib.
//Samir Qurbanov, Editor.az