RU

Budanov gözlənilmədən cəbhəyə getdi: Nə baş verir?

Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov gözlənilmədən Zaporojye cəbhəsində ön mövqelərə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə RBC-Ukrayna nəşri Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Budanov şəxsən “Timur Xüsusi Təyinatlı Bölməsi”nin döyüşçüləri ilə görüşüb, zabit və əsgərlərlə söhbət aparıb, onların ön xətdə xidmət şəraiti ilə tanış olub və peşəkarlıqlarına, cəsarətlərinə görə təşəkkürünü bildirib.

Səfər çərçivəsində kəşfiyyatın bir neçə əməkdaşı göstərdikləri şücaət və yüksək xidmət nəticələrinə görə mükafatlandırılıb.

Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti vurğulayıb ki, Kirill Budanovun səfəri xüsusi təyinatlılar üçün tam gözlənilməz olub və bu, bölmənin döyüş ruhunun yüksəlməsinə ciddi təsir göstərib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
51
1
konkret.az

2Источники