Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə köçürülən sakinlər üçün Partlayıcı Sursat Riskləri üzrə Maarifləndirmə tədbiri keçirilib.
Tədbir çərçivəsində sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq, eləcə də şübhəli əşyalara toxunmamaq çağırışları edilib.
Agentliyin nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ qabaqlayıcı və maarifləndirici çap materialları da paylanıb.