RU

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücüləri bu qədər cəza gözləyir AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Qaradağ rayonu ərazisində baş vermiş bu yol-nəqliyyat hadisəsi bir neçə ciddi hüquq pozuntusunun məcmusu kimi qiymətləndirilə bilər. İlk növbədə, məlumatda “Mercedes” markalı mikroavtobusun qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu qeyd olunur ki, bu fakt təsdiqlənərsə, inzibati məsuliyyətlə yanaşı, hadisənin nəticələrindən asılı olaraq cinayət məsuliyyəti də yarana bilər”.Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Aysel Süleymanova deyib.Onun sözlərinə görə, qəzada iki nəfərin həlak olması və bir neçə şəxsin ağır xəsarət alması hadisəni artıq Cinayət Məcəlləsinin müvafiq maddələridir: “Burada əsas hüquqi qiymət avtotexniki ekspertizanın rəyindən asılı olacaq və toqquşmada hansı sürücünün qayda pozuntusuna yol verdiyi müəyyənləşdiriləcək. Eyni zamanda, qanunsuz sərnişindaşıma faktı sübuta yetirilərsə, mikroavtobusun sahibi və sürücüsü lisenziyasız fəaliyyətə görə əlavə hüquqi məsuliyyət daşıya bilər. Bu isə sığorta məsələlərinə də birbaşa təsir edir: qanunsuz fəaliyyət zamanı baş vermiş qəzalarda zərərçəkənlərin kompensasiya alması çətinləşə və məsuliyyət birbaşa təqsirkar şəxsin üzərinə düşə bilər. Bu hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarının pozulması və nəqliyyat sahəsində qanunsuz fəaliyyət təkcə inzibati məsələ deyil”.O bildirib ki, bu hadisə insan həyatına ağır nəticələr doğuran hüquqi və cinayət məsuliyyəti yaradan ciddi riskdir:“Araşdırmanın şəffaf aparılması və hüquqi qiymətin obyektiv verilməsi həm zərərçəkənlərin hüquqlarının qorunması, həm də gələcəkdə belə halların qarşısının alınması baxımından vacibdir. Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər inzibati olaraq cərimə və nəqliyyat vasitəsinin müvəqqəti saxlanılması ilə üzləşə bilər. Əgər bu fəaliyyət zamanı ölüm və ya ağır xəsarət baş veribsə, sürücü artıq Cinayət Məcəlləsinə əsasən azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum edilmə cəzası ala bilər. Təqsirkar şəxsin sürücülük hüququ da məhdudlaşdırıla bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
demokrat.az

1Источники