“Mançester Siti”nin hücumçusu Omar Marmuş A Seriyasına yollana bilər.
İdmanxeber.az xəbər verir ki, misirli futbolçu ilə “Roma” yaxından maraqlanır. Paytaxt klubu 26 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Lakin “Roma”nı bu transferdə rəqabət gözləyir. Belə ki, “Tottenhem” də Marmuşla maraqlanır və onu yanvarda icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, hücumçu bu mövsüm 15 oyunda 1 qol və 1 assistlə yadda qalıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2029-cu ilə qədərdir.