Bakı, 25 dekabr, AZƏRTAC
Təhsil İnstitutu 2025-ci ildə keçirilən Respublika Fənn Olimpiadaları (RFO) üzrə 2025-ci ilin statistik göstəricilərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Respublika Fənn Olimpiadalarında 65 bölgə və şəhər üzrə ümumilikdə 90 min 147 şagird qeydiyyatdan keçib.
8 fənn üzrə təşkil edilən olimpiadada ümumilikdə 514 şagird müxtəlif dərəcəli medallara layiq görülüb. Onlardan 95 nəfər qızıl medal, 170 nəfər gümüş medal, 249 nəfər bürünc medal qazanıb.