RU

Məhkəmə Sadettin Saranla bağlı bu qərarı verdi

İstanbul məhkəməsi türkiyəli iş adamı və "Fənərbağça" klubunun prezidenti Sadettin Saran barədə qərar verib.

Publika.az xəbər verir ki, ötən gün Vilayət Jandarma Komandanlığı tərəfindən narkotik vasitələrin təmin edilməsi, narkotik istifadəsini asanlaşdırmaq və narkotik istifadə etmək ittihamları ilə saxlanılan Saranın prokurorluqda ifadəsi alınıb. Bundan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Məhkəmənin qərarına görə, Saran həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri prokurorluğa gələrək İstanbulda olması ilə bağlı sənədə imza atacaq.

Heybət

Избранный
15
publika.az

1Источники