ABŞ Prezidenti Donald Trampın administrasiyası müşahidələr tarixində bir il ərzində qətllərin sayında ən böyük azalmaya nail olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-də bir təqvim ili ərzində qətllərin sayında bütün müşahidə tarixi boyunca rekord səviyyədə azalma qeydə alınıb.
Bu il ABŞ-da qətllərin sayının 2024-cü illə müqayisədə 19,8 faiz azalıb.
Ölkədə kütləvi qətllərin sayı da 2006-cı ildən bəri ən aşağı səviyyəyə enib. Bundan əlavə, avtomobil qaçırılmalarının sayı 23,2 faiz, silahlı soyğunların sayı 18,3 faiz, oğurluq hallarının sayı isə 14,8 faiz azalıb.