RU

Xarici şirkətin 16 avtomobili hərrac yolu ilə satıldı

BAKI, 25 dekabr. TELEQRAF

"BOS SHELF İnternational FZCO" Şirkətinin Azərbaycandakı filialının balansında olan 16 avtomobil hərracda satılıb.

Teleqraf bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, hərraca çıxarılan avtomobillərdən 15-i "Hyundai Santa Fe", biri isə "Toyota Prado" markalı olub. İstehsal ili 2014–2016-cı illəri əhatə edən avtomobillər hərracda ən aşağı 15 813 manat, ən yüksək isə 27 162 manat qiymətə satılıb.

Избранный
81
2
teleqraf.com

3Источники