ain.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.
“Kombi sistemlərində yol verilən texniki və quraşdırma səhvləri qaz sərfiyyatının artmasına birbaşa təsir göstərən əsas amillərdən biridir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında kombi üzrə mütəxəssis Sərxan Əsgərov deyib.
Onun sözlərinə görə, aparılan praktik müşahidələr göstərir ki, boru xətlərinin düzgün çəkilməməsi, radiatorların balanssız paylanması və ümumilikdə istilik sisteminin texniki normalara uyğun quraşdırılmaması hallarında kombilər artıq ilkin mərhələdən normadan artıq qaz sərf etməyə başlayır.
Mütəxəssis bildirib ki, xüsusilə istilik sisteminin düzgün layihələndirilməməsi və kombinin dövriyyə mexanizminin optimal işləməməsi qazdan səmərəsiz istifadəyə səbəb olur:
“Sistem elə qurulmalıdır ki, istilik daşıyıcısının – yəni su dövriyyəsinin hərəkəti maneəsiz və balanslı şəkildə təmin edilsin. Dövriyyənin zəif olması kombinin daha uzun müddət və daha yüksək rejimdə işləməsinə gətirib çıxarır ki, bu da təbii qaz sərfiyyatını əhəmiyyətli dərəcədə artırır”.
Sərxan Əsgərov vurğulayıb ki, düzgün qurulmuş istilik sistemi həm daha stabil fəaliyyət göstərir, həm də uzunmüddətli perspektivdə ciddi enerji qənaətinə imkan yaradır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.