1-ci Liqada 12-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Difai” “Cəbrayıl”a böyük hesabla qalib gəlib. MOİK isə “Şəfa”ya 2 cavabsız qolla uduzub.

Daha öncə keçirilmiş “Mingəçevir” – “Şahdağ Qusar” oyununda (1:1) qalib müəyyənləşməyib, “Səbail” “Şimal”a (3:4) uduzub, “Baku Sportinq” isə “Zaqatala”ya (2:1) qalib gəlib.

1-ci Liqa
12-ci tur

25 dekabr

MOİK – “Şəfa” 0:2
Qollar: Nahid Əliyev, 68. Zahid Mərdanov, 83.

“Difai” – “Cəbrayıl” 5:2
Qollar: Bayraməli Qurbanov, 1; 18; 45+2. Roman Hüseynov, 60. Nazim Həsənzadə, 81 – Dileyn Açimi, 12. Tapdıq Əhmədov, 90+3.