RU

Ermənistanla bağlı ciddi hadisə baş verib: Azərbaycana… – Paşinyan elan etdi

“Ermənistanla bağlı ciddi hadisə baş verib və buna müsbət yanaşırıq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana gətirilən yüklər və Azərbaycandan idxal edilən benzindən danışarkən deyib.

“Əslində bir neçə mühüm hadisə baş verdi: buğda idxalına qoyulan qadağa bir dəfə Qazaxıstan, bir dəfə isə Rusiya üçün aradan qaldırıldı. 

Sual yarana bilər: niyə Ermənistandan həmin istiqamətə mal ixrac edilmir? Bunun səbəbi düşüncə və fəaliyyət miqyasımızın hələ də “bir yük qatarı” məntiqi üzərində qurulmasıdır. Qatarı yükləyib istənilən istiqamətə göndərmək müəyyən mürəkkəblik yaradır, çünki qatar boş gedə bilməz və bunun üçün böyük həcmdə yükün bir yerdə cəmləşdirilməsi tələb olunur.

Üçüncü məsələ: Azərbaycan erməni iş adamlarına neft məhsulları satmağa hazır olduğunu bildirib. Həmin qatar gəlib, neft məhsulları bazara çıxarılıb. Hesab edirəm ki, bu, düzgün addımdır. Bu, Avrasiya İqtisadi Birliyi üçün də vacib məsələdir.

Mən sülhün reallıq olduğunu, konkret ifadə formalarının mövcudluğunu göstərmək və bəyan etmək istəyirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət formalaşacaq. Hazırda Azərbaycandan Ermənistana idxal var və ümid edirəm ki, gələcəkdə Ermənistandan Azərbaycana ixrac da olacaq”, — Paşinyan bildirib.

Избранный
61
1
editor.az

2Источники