RU

Azərbaycan Ottavada keçirilən multikultural festivalda təmsil olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Kanadanın paytaxtı Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbi və Kanada Azərbaycanlı Tələbələr Assosiasiyası multikultural festivalda ölkəmizi təmsil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ottava parlamentində təşkil olunan festivalda müxtəlif xalqlar öz adət-ənənələrini tanıtmaq imkanı əldə ediblər.

Türkiyə, Meksika, Çin, Peru, İordaniya, Fələstin, Mərakeş, Hindistan və Ukrayna kimi bir çox ölkə xalqlarının icmalarının qatıldığı festivalda Azərbaycan stendinə böyük maraq göstərilib. Stenddə Azərbaycandan bəhs edən əsərlər, milli geyimlər və suvenirlər nümayiş olunub, ölkəmizin zəngin mədəni irsi, tarixi, adət-ənənələri haqqında geniş məlumat verilib.

Избранный
28
2
azertag.az

3Источники