RU

“Yunayted”i xilas etmək üçün milyonlarını verir

Finlandiyalı iş adamı Tomas Zilliakus “Mançester Yunayted” üçün 375 milyon funt sterlinq (təxminən 500 milyon dollar) dəyərində yeni təklif irəli sürüb.

Publika.az xəbər verir ki, təklif klubun maliyyə vəziyyətini gücləndirməyə və qlobal azarkeşlərlə əlaqəni artırmağa yönəlmiş beşillik sponsorluq paketini əhatə edir.

“Nokia” brendinin keçmiş rəhbəri olan Zilliakus 2023-cü ildə klubun satınalma prosesində Ser Cim Retkliff və şeyx Casimlə rəqabət aparmış, azarkeşlərə əsaslanan layihə ilə çıxış etmişdi. O hesab edir ki, yeni razılaşma “Mançester Yunayted”in Avropa futbolunun zirvəsinə qayıtmasına kömək edə bilər.

“Mançester Yunayted”ə Milad hədiyyəsi vermək istəyirəm. Məsələ klubun maliyyə baxımından o qədər güclü olmasıdır ki, təkcə İngiltərədə yox, bütün Avropada bir nömrəli kluba çevrilsin”, – deyə Zilliakus açıqlamasında bildirib.

Zilliakusun "XXI Century Capital Group" şirkəti vasitəsilə təqdim olunan təklif "Champion Circle" adlı azarkeşlərlə qarşılıqlı əlaqə proqramı üzərində qurulub və onun portfelindəki bir neçə brendin cəlb olunmasını nəzərdə tutur.

Избранный
47
publika.az

1Источники