“Yuventus”un vingeri Kənan Yıldız klubu ilə yeni müqavilə imzalaya bilər.
İdmanxeber.az xəbər verir ki, 20 yaşlı futbolçu maaşının artırılmasını tələb edir. Türkiyəli oyunçu illik qazancının 6 milyon avroya çatdırılmasını istəyir.
Hazırda isə o, mövsümə 1,7 milyon avro qazanır. Kənanın “Yuventus”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Yıldız bu mövsüm A Seriyasında 15 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.