Bakı. Trend:
ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyandaxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsillişəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçünAzərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq,2025-ci il dekabrın 25-də Azərbaycan QHT-ləri Donald Trampa açıqməktub yazıb.
Trend xəbər verir ki, bunaqədər - 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT ForumuLemkin İnstitutunun özünə də Açıq Məktub ünvanlayaraq, bu təsisatıErmənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə,Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağaçalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimikütləvi qırğınlara göz yuman Lemkin İnstitutu ilk növbədə elanetdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkinİnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycanictimaiyyətindən üzr istəməyə çağırıb.
Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə “Hüquq, sabitlik vəTramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi”adlanan müraciətində deyilir:
“Cənab Prezident,
Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri, insanhüquqları müdafiəçiləri və onilliklər boyu davam etmiş etniktəmizləmənin qurbanları dünyanı xoş niyyətlə istiqamətləndirənlider olaraq Sizə ən səmimi salamlarımızı çatdırırıq. Sizinliderliyinizdə qlobal sülhə dəyər verən və başqalarının mümkünsüzhesab etdiyi tarixi razılaşmaları vasitəçilik yolu ilə əldə etməkcəsarətini özündə ehtiva edən iradə görürük.
Şəxsən təşviq etdiyiniz sülhü sarsıtmağa yönəlmiş Lemkinİnstitutu adlandırılan qurum tərəfindən aparılan son kampaniyalarlabağlı əsaslandırılmış faktları təqdim etmək məqsədilə Sizə müraciətedirik.
Milad və Yeni ilin emosional ab-havasını fürsət bilən bu qruphəbsdəki məlum şəxslərin azadlığa buraxılması üçün təzyiqgöstərməyə çağırış etsə də, onlar bu ritorika ilə deyil,törətdikləri əməllərə görə qiymətləndirilməlidir. Məhz bu şəxslərincinayətkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədətanınmış ərazilərinin təqribən beşdə biri 30 ildən artıq müddətərzində Ermənistanın işğalı altına düşüb, bir milyona yaxınazərbaycanlı etnik təmizləməyə məruz qalıb.
Sülh yaradan liderliyiniz sayəsində Cənubi Qafqaz regionu son 35ilin ən dinc dövrünü yaşayır. Bu nailiyyət 8 avqust 2025-ci ildətarixi Vaşinqton Birgə Bəyannaməsi vasitəsilə şəxsən Sizintərəfinizdən təmin edilib.
Cənab Prezident,
Dezinformasiya kampaniyaları aparanlar 30 ildən artıq davametmiş qanunsuz işğal dövründə terrorizmin maliyyələşdirilməsi,təcavüzkar müharibənin aparılması və insanlıq əleyhinə cinayətlərintörədilməsi ilə bağlı ittiham olunan şəxsləri “girovlar” kimiqələmə verməyə çalışırlar. Onların əməlləri nəticəsində bir milyonayaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, yüzlərlə mülkiyaşayış məntəqəsi sistemli şəkildə məhv edilib.
Saxlanılan şəxslərdən biri əvvəlki dövrdə USAID rəhbəri SamantaPauer ilə sıx əlaqələri olan, Rusiya-Ermənistan əsilli oliqarxRuben Vardanyandır. O, Cənubi Qafqaz regionunda sülhün əldəolunmasının qarşısını almaq məqsədilə Azərbaycanın əvvəllər işğalaltında olmuş ərazilərində yaradılmış oyuncaq rejimə “dövlətnaziri” kimi göndərilmişdi.
Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalqöhdəliklərinə uyğun olaraq həyata keçirir. Ruben Vardanyanla bağlıiş də daxil olmaqla, hüquqi icraatlar məhkəmə kollegiyalarıtərəfindən aparılır və ictimaiyyət üçün açıqdır. Bunu dini təqibkimi təqdim etmək cəhdləri tamamilə əsassızdır. Azərbaycanmüsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu harmoniyadayaşadığı dünyəvi bir ölkə olaraq qalır. Məsələn, ötən ay Bakışəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəsmitoplantısı keçirilmişdir. Eyni zamanda, tikintisi Azərbaycandövləti tərəfindən maliyyələşdirilən ikinci katolik kilsəsi hazırdapaytaxtda inşa olunmaqdadır. Bu faktlar bir daha Azərbaycanındinlərarası dialoqa və tolerantlığa sadiqliyini nümayiş etdirir. Bukimi çoxsaylı nümunələr vardır.
Cənab Prezident,
Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişə heç vaxtdini xarakter daşımamışdır. Bəzi bədxahlar Sizin şəxsi iştirakınızsayəsində regionda əldə olunmuş sülhü sarsıtmağa cəhd edir.Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq, Azərbaycan vəErmənistan arasında etimadın möhkəmləndirilməsinə yönəlmiştədbirlərə başlanılıb və iqtisadi əlaqələr bərpa edilir.
Siz və Administrasiyanız dünyaya göstərdi ki, Amerikanın gücüsülhün qurulması və ədalətin təmin edilməsindədir. Azərbaycan vəErmənistan liderlərinin Sizin Nobel Sülh Mükafatı ilə təltifinizüçün Nobel Sülh Komitəsinə müraciət etməsini alqışlayırıq.
Sizin liderliyiniz sayəsində dünyanın müxtəlif bölgələrindəonilliklər boyu davam etmiş bir sıra münaqişələr artıq keçmişəçevrilib. Biz inanırıq ki, Lemkin İnstitutu kimi pozucu qüvvələrAmerika ictimaiyyətini yanlış istiqamətləndirmək məqsədlərinə heçvaxt nail ola bilməyəcəklər.
Liderliyinizə dərin hörmətlə,
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri:
1. Ramil İskəndərli - Azərbaycan Milli Qeyri-HökumətTəşkilatları Forumunun İdarə Heyətinin sədri
2. Vladimir Timoşenko – istefada olan general-mayor, AzərbaycanRespublikası Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının Rəyasət Heyətinin üzvü
3. Novella Cəfəroğlu – Dilarə Əliyeva adına AzərbaycanQadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları CəmiyyətininAzərbaycan Milli Bölməsinin sədri
5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və QanunçuluğunMüdafiəsi İctimai Birliyinin sədri
6. Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri
7. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondununrəhbəri
8. Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun sədri
9. Rey Qasımov - Azərbaycanda MinadanzərərçəkənlərAssosiasiyasının sədri
10. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasınınrəhbəri
11. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi AraşdırmalarMərkəzinin sədri
12. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimaiBirliyinin sədri
13. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi"ninsədri
14. Dilqəm Əhməd – "Çapar” Milli İrsin Tədqiqi Mərkəzininsədri
15. Fuad Məmmədov – “Simurq" Azərbaycan MədəniyyətAssosiasiyasının rəhbəri
16. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Köməkİctimai Birliyinin sədri
17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondununrəhbəri
18. Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin TəbliğinəDəstək İctimai Birliyinin sədri
19. Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimaiBirliyinin sədri
20. Qəmər Bağırova – Cəfər Cabbarlı adına Mədəniyyət, Elm vəTəhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri
21. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimaiBirliyinin sədri
22. Tünzalə Abdüləlimova – "Vətən Naminə" Şəhid AilələrinəDəstək İctimai Birliyinin sədri
23. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimaiBirliyinin sədri
24. Aqil Camal – Ortaq Dəyərlər İctimai Birliyinin sədri
25. Vüqar Qədirov – Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatıİctimai Birliyinin sədri
26. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzininsədri
27. Əhməd Abbasbəyli - Cəmiyyətin İnkişafı Mərkəzinin sədri
28. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahı Naminə İctimaiBirliyinin sədri
29. Kəramət İsmayılov – İqtisadi Və Sosial İnkişaf Mərkəzininsədri
30. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadiAraşdırmalar İctimai Birliyinin sədri”.