RU

Məhkəmə Bakılı müğənnini evdən ÇIXARDI – Ev alıcıya QAYTARILDI

Məhkəmə Bakılı mügənni Larisa Dolinanı evdən çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, məhkəmə müğənni Larisa Dolinanın Moskvanın Xamovniki rayonundakı mənzilindən çıxarılması barədə qərar qəbul edib. Qeyd edək ki, həmin mənzil Polina Lurye tərəfindən satın alınıb. Qərar artıq rəsmi olaraq qüvvəyə minib.

Məhkəmə sənətkarın üzərinə yaxın vaxtlarda özünü və qohumlarını qeydiyyatdan çıxararaq evi boşaltmaq və köçmək öhdəliyi qoyub.

Hakim müəyyən edib ki, müğənninin yeni yaşayış yeri axtarmaq və köçməklə bağlı heç bir çətinliyi yaranmamalıdır. Belə ki, Dolinanın mülkiyyətində 2 torpaq sahəsi və 363 kvadratmetrlik evi mövcuddur. Bundan əlavə, onun qızının da Moskva vilayətində mənzili var.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
39
interpress.az

1Источники