RU

Gələn il Kərkicahanda 280 evin təmiri nəzərdə tutulur

Xnkəndi. Trend:

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində bu ilin sonunadək 40,2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur.

Trend -inQarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininİctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildiribki, Kərkicahan qəsəbəsində evlərin təmiri ilə yanaşı, sosialinfrastrukturun qurulması istiqamətində də layihələr həyatakeçirilib.

O qeyd edib ki, Kərkicahan qəsəbəsində təmir işlərinə bu ilinmay ayında başlanıb.

"Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur.Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdətutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkinmərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqətiməskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-babayurdlarına qayıdıb.Qəsəbədə bir sıra sosial infrastrukturlayihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su,elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel,510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçəişıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eynizamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləriaparılıb.İşğaldan əvvəl bu qəsəbədə 355 ailə olmaqla 1796 nəfərazərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla,ümumilikdə 2531 sakin var", - deyə qurumç rəsmisi əlavə edib

Məqalədə:
Избранный
59
az.trend.az

1Источники