RU

Deputat: Süni intellekt təhsil sistemində üstünlük ola bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Süni intellekt müasir dövrün ən böyük texnoloji nailiyyətlərindən biridir. Lakin düzgün idarə olunmadıqda, bəşəriyyət üçün ciddi risklər də yarada bilər. Doğru istifadə edildiyi halda isə bu texnologiya cəmiyyətin, xüsusilə də təhsil sahəsinin inkişafına mühüm töhfə verə bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. "Süni intellekt təhsil prosesində geniş imkanlar açır. Burada əsas məsələ bu imkanlardan düzgün faydalanmaqdır. Düzgün istiqamətləndirildikdə, o, müəllim-şagird münasibətlərinə müsbət təsir göstərə və tədrisin keyfiyyətini artıra bilər. Yanlış istifadə isə qiymətləndirmədə etibarsızlığa və mənfi nəticələrə səbəb ola bilər".Deputat deyib ki, Azərbaycandakı mövcud vəziyyət göstərir ki, hazırda süni intellektin mənfi təsirləri daha çox hiss olunur:"Vaxtında və sistemli addımlar atılmasa, bu təsirlər gələcəkdə daha da dərinləşə bilər. Halbuki ədalətli və şəffaf yanaşma tətbiq olunduğu halda, qiymətləndirmədə ciddi problemlər yaranmaz.

Düzgün qurulmuş sistem şəraitində süni intellekt təhsildə risk deyil, üstünlük ola bilər. Bu baxımdan əsas məsələ onu məhdudlaşdırmaq deyil, təhsil sistemimiz üçün səmərəli alətə çevirməkdir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
demokrat.az

1Источники