Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika görür.
Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
Onun sözlərinə əsasən, region daxilində əlaqələrin qurulması və bərpası müşahidə olunur.
Zaxarova qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini, eləcə də Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının tədarükünün davam etdirilməsini alqışlayır: “Bu, "3+3" formatının inkişafının aktuallığını təsdiqləyir. Moskva həmçinin gürcü həmkarlarını bu platformanın iclasında görmək istərdi".
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта