RU

Siqaret əleyhinə qanunun müəllifi YOXA ÇIXDI: Keçmiş deputatdan xəbər YOXDUR

Moskvada siqaret əleyhinə qanunun müəllifi yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, tütün çəkmənin qadağan edilməsi layihəsinin müəllifi, Rusiya Dövlət Dumasının keçmiş deputatı Nikolay Gerasimenko Moskvada itkin düşüb. Bildirilir ki, siyasətçini sonuncu dəfə dekabrın 24-də görüblər. O, iti ilə gəzintiyə çıxıb və bir daha geri qayıtmayıb.

Gecə saatlarında keçmiş deputatın yaxınları polisə müraciət ediblər. Hazırda axtarışlar davam edir – həm qohumları, həm də könüllülər onu axtarırlar.

Qeyd edək ki, Nikolay Gerasimenko “Vahid Rusiya” partiyasından Dövlət Dumasının altı çağırış deputatı olub. O, ictimai yerlərdə tütün çəkmənin qadağan edilməsi təşəbbüsü ilə tanınır.

2019-cu ildə Moskvanın mərkəzində motosikletçinin iştirakı ilə baş verən yol qəzasından sonra Gerasimenkonun toxunulmazlığı ləğv edilmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
36
interpress.az

1Источники