RU

“Övladlarım geyimlərimi bəyənmir”

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Övladlarım mənim saatlarımı, aksesuarlarımı, geyimlərimi bəyənmir. Mənimkilərə baxıb deyirlər ki, dəblə getmirsən. Onların isə öz aksesuarları var”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Xəzər axşamı” verilişində deyib. İzzət qarderobunda əsasən kostyumların olduğunu, övladlarının isə idman üslubunda geyindiklərini bildirib:

“Bu yaxınlarda məktəbdə müəllim böyük oğluma tapşırıb ki, qara kostyum geyinsin, çünki şəkil çəkdirəcəkdilər. O isə ümumiyyətlə kostyum həvəskarı deyil, yalnız idman üslubunda geyinir. Onun pencəyi belə yoxdur. Dedim ki, gedək kostyum alaq. Cavab verdi: ‘Mənə bir saatlıq kostyum lazımdır. Onu dolabımda saxlamaq belə istəmirəm’. Dedim, gəl mənim kostyumlarımdan birini geyin. Övladlarımın hamısı idman üslubunda geyinir”.

Qeyd edək ki, İ.Bağırovun üç övladı var. Onlardan ikisi əkizdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
1
axsam.az

5Источники