RU

Adnan Oktarın köhnə villasını məşhur rusiyalı milyarder ALIB – VİDEO

İstanbulun Üsküdar rayonunun Vaniköy məhəlləsində yerləşən və ictimaiyyət arasında Adnan Oktarın köhnə evi kimi tanınan lüks villada bərpa işləri başa çatıb.

NOCOMMENT.az “Haberler.com”a istinadən xəbər verir ki, Rusiya oliqarxı Roman Abramoviçə məxsus olduğu iddia edilən villa Boğazın panoramik mənzərəsinə sahib mövqeyi və möhtəşəm memarlığı ilə havadan görüntülənib.

İstanbul Boğazının ən qiymətli ərazilərindən birində yerləşən bu villa uzun müddət ictimaiyyətin diqqət mərkəzində olub. Roman Abramoviçə aid olduğu iddia edilən bina bərpa işlərindən sonra yenidən gündəmə gəlib.

Boğazın hər iki körpüsünü görməsi ilə diqqət çəkən villa əvvəllər qanunsuz tikinti və icazəsiz bərpa işləri ilə bağlı tənqidlərə səbəb olmuşdu. Uzun müzakirələrə səbəb olan bərpa işlərinin tamamlanması ilə villanın son vəziyyəti ortaya çıxıb.

 

Избранный
40
3
nocomment.az

4Источники