ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
“Azərbaycanda elektron siqaretlərin qadağan olunmasının vaxtı dəyişilib. Bu dəyişiklik siyasi və sosial baxımdan keçid dövrünün daha yumşaq şəkildə tənzimlənməsinə yönəlmiş addım kimi qiymətləndirilə bilər. Qadağanın tətbiq tarixinin 2026-cı il fevralın 1-dən aprelin 1-nə keçirilməsi göstərir ki, dövlət bir tərəfdən ictimai sağlamlığın qorunmasını prioritet sayır”.Bunu iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, digər tərəfdən isə bazar iştirakçılarına və icraedici qurumlara uyğunlaşma üçün əlavə vaxt tanıyır:“Hökumət elektron siqaretlərlə bağlı qadağanı tələsik deyil, idarəolunan və nəzarətli şəkildə həyata keçirmək niyyətindədir. Çünki idxalçıların, satıcıların və nəzarət orqanlarının yeni hüquqi rejimə hazır olması vacibdir. Əks halda, qadağa qeyri-leqal dövriyyənin artmasına səbəb ola bilərdi. Müddətin uzadılması dövlətin sosial reaksiyaları da nəzərə aldığını göstərir. Elektron siqaretlərdən istifadə edənlərin sayının kifayət qədər çox olması bu qərarın mərhələli şəkildə tətbiqini zəruri edir. Bu vaxt ərzində maarifləndirmə işlərinin gücləndirilməsi, alternativ tütünə qarşı mübarizə mexanizmlərinin hazırlanması mühüm əhəmiyyət daşıyır. Tarix dəyişikliyi qadağanın mahiyyətini zəiflətmir, əksinə onun daha effektiv və icra oluna bilən formada tətbiqinə xidmət edir. Dövlət bu addımla mesaj verir ki, məqsəd cərimə və məhdudiyyət yox, uzunmüddətli sağlamlıq və ictimai təhlükəsizlik siyasətidir”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.