Güləş üzrə böyüklər arasında ölkə çempionatının vaxtı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, 7-11 yanvarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.
İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.
İlkin mərhələ qarşılaşmaları 10.00-da başlayacaq. Həlledici görüşlər isə 18.00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17.00-a təyin edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта